“Bölgələrimiz də beynəlxalq tədbirləri yüksək səviyyədə qəbul etmək iqtidarındadır”

 

Nargilə Qafarova: “Beynəlxalq tədbirlərin, festivalların respublikamızın ayrı-ayrı bölgələrində keçirilməsi ölkəmizin, mədəniyyətimizin təbliğinə xidmət edir

Layihə çərçivəsində müsahibimiz Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovadır:

-Mədəniyyət və Turizm Şöbəsi strukturunda rayon Mədəniyyət Mərkəzi və onun 33 filialı, Heydər Əliyev Mərkəzi, İncəsənət məktəbi, Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, MKS və onun 26 filialı, Tarix-Bədii Qoruğu fəaliyyət göstərir. Mədəniyyət sahəsində 402 nəfər işçi çalışır. Bunlardan 45 nəfəri ali təhsilli, 179 nəfəri orta ixtisas təhsilli, qalanı isə ümumi orta təhsillidir. Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsi 2013-cü ilin I rübü ərzində tarixi hadisələr, yubileylər və əlamətdar günlərin qeyd olunması istiqamətində məqsədyönlü işlər aparıb. Vəndam qəsəbə Sənətkarlıq evi, Nic qəsəbə Yaradıcılıq evində yerli əhali üçün yeni il tədbirləri hazırlanıb. 20 Yanvar faciəsinin 23 illiyi münasibətilə bütün müəssisələrdə anım mərasimləri keçirilib, fotostendlər tərtib edilib. Xalqımızın yaddaşında qara hərflərlə yazılmış, Qarabağ torpaqlarının ermənilər tərəfindən işğalı nəticəsində hazırda erməni tapdağı altında olan rayonların hər birinin işğal günü müəssisələrdə ənənəvi olaraq anılır. 26 fevral-Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə rayonumuzun mədəniyyət müəssisələrində xatirə saatları təşkil olunub. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir çox klub müəssisələrində qadınlar üçün musiqi proqramı təşkil olunub.

19 martda Bakıda Dənizkənarı Milli Parkda keçirilən ümumrespublika Novruz şənliklərində Qəbələ rayonundanZopu-zopuetnoqrafik folklor rəqs ansamblı, ağac üzərində oyma üzrə sənətkar Şahin Rəhimov, kulinariya ustaları iştirak etdilər. Xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə 20 mart 2013-cü il tarixdə rayonda geniş tədbir keçirildi. Tədbirdə meydan tamaşaları göstərildi, rayon Mədəniyyət Mərkəzinin “Çinarinstrumental ansamblı, “Gülbutafolklor qrupu, Hacallı kənd Yaradıcılıq evininGülüstanfolklor qrupu, Bum qəsəbə Yaradıcılıq evininZopu-zopuetnoqrafik folklor rəqs ansamblı, İncəsənət məktəbinin musiqi kollektivləri yüksək fəallıqla çıxış etdilər. 31 Mart soyqırımı münasibətilə bütün müəssisələrdə anım mərasimləri keçirildi, fotostendlər, guşələr təşkil olundu.

- “Muğam aləmi” adlı Beynəlxalq Muğam Festivalı sizin rayonda necə keçirildi?

- Respublikamızda artıq 3-cü ildir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ənənəvi “Muğam aləmi” adlı Beynəlxalq Muğam Festivalı keçirilir. Fərəhli haldır ki, bu bayram tədbiri bölgələrdə də qeyd olunur. Belə tədbirlərin bölgələrdə keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu həm bölgələrin inkişafına, mədəni həyatının daha da zəngin olmasına, həm də turizmin inkişafına səbəb olur. Digər tərəfdən belə beynəlxalq tədbirlərin respublikamızın ayrı-ayrı bölgələrində keçirilməsi ölkəmizin, mədəniyyətimizin təbliği istiqamətində mühüm addımdır. Təsəvvür edin ki, bu festival çərçivəsində rayonumuza bir çox xarici dövlətdən nümayəndələr, mədəniyyət xadimləri səfər edərək ölkəmizin, rayonumuzun inkişafı ilə yerində tanış odular. Azərbaycanın inkişafı elə bir səviyyəyə gəlib çatıb ki, beynəlxalq tədbirlər, festivallar təkcə paytaxt Bakıda yox, rayonlarımızda da keçirilir. Bu, bölgələrimizin inkişafından xəbər verir. Artıq bölgələrimiz elə bir inkişaf səviyyəsinə çatıb, elə müasir görkəm alıb ki, heç bir problem olmadan beynəlxalq tədbirləri yüksək səviyyədə qəbul etmək iqtidarındadır. Belə tədbirlər Azərbaycanımızı, mədəniyyətimizi təbliğ etmək baxımından böyük əhəmiyyət daşıyır.

Builki festival çərçivəsində Qəbələdə bir neçə bayram konserti təşkil olundu. 12 martdaQafqaz Sport” oteldə Qəbələdə keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində III Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi keçirildi. Burada rayon İncəsənət məktəbinin və Mədəniyyət Mərkəzinin muğam üçlüklərinin çıxışı oldu. Rayonun xanəndələri Natiq Cəfərov “Simayi-Şəms”, Asim Əliyev “Segah zabul”, Hacıbaba AbdurrahmanovArazbari”, Ceyhun Mehdiyev “Heyratı” muğamını ifa etdilər. Xanəndələri tarda Elman Əfəndiyev, kamançada Xəqani Abdulsalamov, nağarada Ceyhun Hümbətov müşayiət etdi. İki saat davam edən konsertdə hər bir xanəndənin ifası alqışlarla qarşılandı.

15 martda Qəbələ 2 saylı məktəbin akt zalında “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti ustad konserti keçirildi. 17 martda isə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkil etdiyiMuğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Qəbələ rayonunda keçirilən tədbirlərin bağlanış mərasimi oldu. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, milli muğam sənətimizin inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərindən danışdılar.

Sonra yeni istifadəyə verilmiş mədəniyyət ocağının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operası nümayiş etdirildi. Opera tamaşasında əsas rolları Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa etdilər. Tamaşada gənclərlə yanaşı, teatrın təcrübəli solistləri-Xalq artisti Şahlar Quliyev (Keşiş), Əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlərdən Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) və başqaları çıxış etdilər. Xalq dastanının motivləri əsasında yazılmış operanın librettosu bəstəkar Ü.Hacıbəylinin özünə məxsusdur. İnsanın mənəvi gözəlliyini tərənnüm edən operada Kərəm və Əslinin obrazlarının açılmasında əsasən muğamdan istifadə olunub. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Yusif Babayev idi. Sonda rejissor Hafiz Quliyev gənclərin ifasından razı qaldığını bildirdi. O qeyd etdi ki, “Əsli və Kərəm” operası “Leyli və Məcnun” dan sonra muğam partiyalarının uzun olduğu operadır. Bu baxımdan da bu tamaşalarda əsas məsuliyyət xanəndələrin üzərinə düşür. Tamaşanın tamamilə yeni quruluşda səhnələşdirildiyini və rolların əsasən gənclərə həvalə olunduğunu qeyd edən Hafiz Quliyev onların öz işinin öhdəsindən uğurla gəldiyini bildirdi. Tamaşa həm rejissor işi, həm də gənclərin obraza girmə məharəti və ifaları baxımından olduqca uğurlu oldu.

 

Anar Miriyev

 

Palitra.-2013.-4 iyun.-S.11.